Salyan sakini Moskvada avtomobil qəzasında ölüb
Hadisə
- 22 yanvar, 2026
- 12:08
Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Faiq Ələkbərov Moskvada avtomobil qəzasında ölüb.
Mərhumun yaxınlarının "Report"un Aran bürosuna verdiyi məlumata görə, hadisə Rusiyanın Moskva vilayətinin Domodedovo şəhərində baş verib.
Ötən gün F.Ələkbərov işə gedərkən iki avtomobilin iştirakı ilə baş verən yol qəzasına düşüb və hadisə yerində həyatını itirib.
Yaxınları bildiriblər ki, mərhumun nəşinin bu gün axşam saatlarında Salyana gətirilməsi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
04:40
Pakistanda şiddətli yağışlar nəticəsində ölənlərin sayı 109-a çatıb
Digər ölkələr04:11
ABŞ Senatı Rusiya əleyhinə sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib
Digər ölkələr03:38
Türkiyədə minik və yük avtomobilləri toqquşub, iki nəfər ölüb
Region03:13
Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda xidmət müvəqqəti dayandırılıb
Xarici siyasət02:50
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
Digər ölkələr02:36
Kallas İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb
Region02:10
Rusiyanın Tümen vilayətində 300-dən çox ev su altında qalıb
Region01:54
Video
Hikmət Hacıyev "AnewZ"un Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb
Daxili siyasət01:28