Salyanda yol qəzası baş verib, 3 nəfər yaralanıb
Hadisə
- 30 yanvar, 2016
- 19:23
Bakı. 30 yanvar. REPORT.AZ/ Salyan rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun Salyanın Quyçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Salyanın Sarvan kənd sakini, 53 yaşlı Xudayar Allahyar oğlu Əzimovun idarə etdiyi "Qazel" markalı yük maşını hərəkətdə olarkən əks istiqamətdən gələn "Mitsubishi" markalı avtomobillə toqquşub. Nəticədə "Qazel"in sürücüsü və minik avtomobilində olan Şirvan şəhər sakinləri - 55 yaşlı Xudaş Qayım oğlu Ağamalıyev, 52 yaşlı Qeys Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Son xəbərlər
20:33
Ermənistanda toyda 21 nəfər qidadan zəhərlənib
Region20:30
CENTCOM mayın əvvəlindən Hörmüzdən 500 milyon barel neftin daşınmasını təmin edib
Digər ölkələr20:21
ABŞ və Səudiyyə Ərəbistanının zərbəsi nəticəsində İraqda 6 iranlı müşavir həlak olub
Digər ölkələr20:19
Ermənistanlı güləşçi Yanes Nazaryan: "Bizi Bakıda olduqca səmimi və yüksək səviyyədə qarşıladılar"
Fərdi20:15
Foto
Dünya çempionatı: Abdurrahman Hüseynli və Elmir Çərkəzov mükafatlandırılıblar
Fərdi19:53
Azərbaycan Macarıstana yeni səfir təyin edib
Xarici siyasət19:52
Azərbaycanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırılıb, Serbiyaya təyin olunub - ƏLAVƏ OLUNUB
Xarici siyasət19:39
Azərbaycanın BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi geri çağırılıb
Xarici siyasət19:35