Sabunçuda 29 yaşlı gənc bıçaqlanıb
Hadisə
- 01 sentyabr, 2014
- 07:41
Bakı. 1 sentyabr.REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, hadisə zamanı Sabunçu qəsəbə sakini 29 yaşlı Anar Mirzəyev bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Müayinə zamanı həkimlər onun bədəninin müxtəlif nahiyələrində çoxsaylı bıçaq yaraları aşkar ediblər. Hadisə barədə isə Sabunçu RPİ və 12-ci polis bölməsində araşdırma başlanılıb.
İlkin məlumata görə, Anar Mirzəyev yaşadığı evin yaxınlığında hələlik məlum olmayan səbəblərdən tanımadığı şəxslə mübahisə edib və nəticədə bıçaqlanıb.
Polislər həmin şəxsin axtarışlarını davam etdirir.
Son xəbərlər
16:50
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 90 %-dən çox artıb
Biznes16:47
Zaur Ramazanov: "Sabah" üçün "KuPS"la matç asan olmayacaq"
Futbol16:46
Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
Xarici siyasət16:46
Dövlət musiqi, incəsənət məktəblərində işləyənlərin sertifikatlaşdırma qaydası təsdiqlənib
İncəsənət16:43
Azərbaycan və Almaniya dövlət qurumları arasında müntəzəm məsləhətləşmələrin aparılması razılaşdırılıb
Xarici siyasət16:42
İlham Əliyev: Almaniya ilə imzalanmış sənədlərin ən qısa zamanda icrası üçün işçi qrupları yaradılacaq
Xarici siyasət16:41
Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq
İnfrastruktur16:40
Azərbaycanda süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib
Daxili siyasət16:39