Sabunçuda yol qəzası oldu, 2 piyadanın ayaqları sındı
Hadisə
- 31 avqust, 2020
- 23:10
Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu A.Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyərkən piyadalar - 1981-ci il təvəllüdlü Hüseynov Zaur Fəxrəddin oğlu və 1995-ci il təvəllüdlü İbrahimov Süleyman Rövşən oğlunu avtomobil vurub. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Z.Hüseynova sol bud sümüyünün yuxarı üçdə birinin qapalı yerdəyişmiş sınığı, S.İbrahimova isə hər iki ayağının sınığı diaqnozu qoyulub. Hər iki şəxs əməliyyata götürülüb.
Son xəbərlər
19:06
Yunanıstanda meşə yanğını ilə mübarizə aparan iki helikopter toqquşub
Digər ölkələr18:55
İsrail Qəzza zolağında üç radikalın zərərsizləşdirildiyini açıqlayıb
Digər ölkələr18:45
Foto
Dünya çempionatı: Azərbaycan güləşçisi İbrahim Həsənov gümüş medal qazanıb
Fərdi18:43
Süni intellekt bazarının çökməsi bütün ABŞ iqtisadiyyatına ciddi ziyan vura bilər
Digər ölkələr18:29
Xocavənddə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb
Hadisə18:07
Belarus Ukrayna ilə sərhəddə yeni desant briqadası formalaşdırır
Digər ölkələr17:53
"Arsenal" və "Liverpul" klubları "Aston Villa"nın futbolçusu Ezri Konsanı transfer etmək istəyir
Futbol17:49
İsrailin Livana endirdiyi zərbə nəticəsində hərbçilər yaralanıb
Digər ölkələr17:26