Sabunçuda 19 kiloqramdan artıq narkotik aşkarlanıb
Hadisə
- 03 iyul, 2026
- 14:36
Bakının Sabunçu rayonunda 19 kiloqramdan artıq narkotik aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayon ərazisində keçirilən tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 32 yaşlı Elsevər Mirəliyev və 23 yaşlı Vahid Kərimov saxlanılıblar.
Onlardan ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
11:42
Foto
Qazaxın Daş Salahlı kəndində yeni sərbəst güləş zalı istifadəyə verilib
Fərdi11:39
Azərbaycan kartof ixracından 15 milyon dollara yaxın gəlir əldə edib
Biznes11:34
Foto
Naftalan, Samux və Mingəçevirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
Fərdi11:19
"Barselona" Jül Kundeni "Mançester Yunayted"ə təklif edib
Futbol11:14
Beqlov: Ukrayna PUA-larla Peterburqdakı neft terminalına zərbə endirib - YENİLƏNİB
Digər ölkələr10:57
Konqoda Ebola qızdırmasından ölənlərin sayı artır
Digər ölkələr10:50
Rəqəmsallaşma ilə bağlı addımların məqsədi ölkəni bu sahədə regionun aparıcı dövlətinə çevirməkdir - RƏY
İKT10:45
Ağsuda yaşadığı ünvanda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs həbs olunub
Hadisə10:39