Sabunçuda 1260 metr rabitə kabeli oğurlanıb
Hadisə
- 04 fevral, 2026
- 18:02
Sabunçu rayonunda 1260 metr rabitə kabelini oğurlayan şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı H.Quliyev saxlanılıb.
Zabrat qəsəbəsində isə vətəndaşlardan birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 63 yaşlı A.Abaşov saxlanılıb. Onun gecə saatlarında həmin evə daxil olmağa cəhd göstərdiyi, lakin qapını aça bilmədiyi üçün elə həyətdə olan məişət əşyalarını oğurlamaqla kifayətləndiyi müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
11:56
Hüseyn Rzazadə Bakıda təşkil olunan dünya çempionatında ikinci təsəlliverici görüşündə məğlub olub - YENİLƏNİB
Fərdi11:54
Maka Boçorişvili: Orta Dəhliz Gürcüstanın strateji mövqeyini daha da möhkəmləndirir
Region11:43
Ufada vurulmuş PUA-nın qalıqları sənaye zonasına düşüb
Region11:37
Neapolda zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr11:25
Litvanın Kiyevdəki səfirliyinə zərbə endirilməsi ilə əlaqədar Rusiya nümayəndəsi XİN-ə çağırılacaq
Digər ölkələr11:24
Turan Quliyev Bakıda təşkil olunan dünya çempionatındakı ilk görüşündə məğlub olub
Fərdi11:20
PSJ "Ayaks"ın vingeri Mika Qodtsla danışıqlara başlayıb
Futbol11:17
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq
Ədəbiyyat11:17