Sabirabadda evdən içərisində 60 min manata yaxın pul olan seyf oğurlanıb
Hadisə
- 16 sentyabr, 2025
- 09:35
Sabirabad rayonunun Moranlı kəndi ərazisində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Araz Qarayev saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, adı çəkilən şəxs qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39 min 500 manat və 12 min ABŞ dolları olan seyfi oğurlayıb.
Oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev pulun bir qismi ilə minik avtomobili alıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Son xəbərlər
00:39
Cesse Marş: "Uzun müddətdir məğlub olmayan güclü Mərakeşə qarşı sonadək müqavimət göstərdik"
Futbol00:37
Balakişi Qasımov: Ənənəvi televiziya özünün son 10 ilini yaşayır
Media00:23
Məhəmməd Vəhbi: "Etiraf etməliyəm ki, Kanada çox yüksək oyun nümayiş etdirdi"
Futbol00:16
Video
Yevlaxda qəza baş verib, FHN-in əməkdaşları əraziyə cəlb edilib
Hadisə23:55
"Neftçi" Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub
Komanda23:34
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
Digər ölkələr23:25
Azzedin Unahi Kanada - Mərakeş matçının ən yaxşı futbolçusu seçilib
Futbol23:20
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb
Hadisə23:05