Sabirabad sakininin 135 min manatdan çox pulu ələ keçirilib, saxlanılan var
Hadisə
- 14 oktyabr, 2024
- 09:56
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakininin 135 min manatdan çox pulunu ələ keçirməkdə şübhəli bilinən Ziya Əliyevi saxlayıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı həmin şəxsin zərərçəkənin etibarından istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və 135 min 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
"Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Z.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər."
Son xəbərlər
19:34
Ş. Şərif: Münaqişələrin həlli üçün yeganə yol diplomatiyadır
Region19:19
Mali ordusu terrorçuların hücumlarından sonra vəziyyəti nəzarətə götürüb
Digər ölkələr19:01
Türkiyə və Qırğızıstan arasında birgə hərbi təlim keçirilib
Region18:45
"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
Digər ölkələr18:36
Foto
Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
Fərdi18:30
Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
Region18:15
Ermənistan müxalifətinin seçki nəticələri ilə bağlı iddiaları rədd edilib
Region18:00
Ağdamda ata və iki övladı su anbarında batıb
Hadisə17:57
Foto