Saatlıda qanunsuz olaraq işlədilən trenajor zalı aşkar olunub
Hadisə
- 15 dekabr, 2020
- 07:34
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə istifadə olunan trenajor zalı aşkar olunub.
DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyini müəyyən edib. Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.
Son xəbərlər
04:00
Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso: "İmkanlarımız olsa da, bundan yararlana bilmədik"
Futbol03:38
İsveçrə millisinin baş məşqçisi Murat Yakın: "Çox gərgin və bərabər səviyyəli oyun idi"
Futbol03:18
İsveçrənin qapıçısı Qreqor Kobel Kolumbiya ilə oyunun ən yaxşısı adına layiq görülüb
Futbol02:54
Foto
DÇ-2026: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib
Futbol02:51
Foto
DÇ-2026: İsveçrə Kolumbiyanı penaltilər seriyasında üstələyərək sonuncu 1/4 finalçı olub - YENİLƏNİB-6
Futbol02:34
Avropa Parlamentində Serbiyaya ayrılan maliyyənin dayandırılmasına çağırış edilib
Digər ölkələr02:13
XİN: ABŞ-nin İrana qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğvi memorandumun pozulmasıdır
Region01:47
CENTCOM: ABŞ İrana zərbələr endirməyə başlayıb
Region01:11