Saatlıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Hadisə
- 14 sentyabr, 2021
- 05:27
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayonun Qara Nuru kənd sakini Fərman Məmmədova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.
F.Məmmədov rayonun Sarıcalar kəndi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib.
Həmin şəxs barəsində Saatlı RPŞ-də araşdırmalar aparılır.
Son xəbərlər
02:43
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib
Digər ölkələr02:17
Meksika millisinin baş məşqçisi Xavier Aqirre: "İlk yarıda elə də yaxşı oynamadıq"
Futbol02:11
CAR millisinin baş məşqçisi Hüqo Bros: "Meksikaya qarşı pis çıxış etmədik"
Futbol02:03
Foto
DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb
Futbol01:43
Tramp Netanyahu ilə İranla razılaşmaları müzakirə edib
Digər ölkələr01:26
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Futbol01:04
Foto
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
Futbol00:35
Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Energetika00:21