Rusiyada şaftalının içərisində heroin satan azərbaycanlı tutulub
Hadisə
- 26 avqust, 2015
- 10:31
Bakı. 26 avqust. REPORT.AZ/ Çelyabinskdə tərəvəz bazarlarının birində şaftalının içərisində heroin satan azərbaycanlı saxlanılıb. Bu barədə "Report" Rusiya Narkotiklərə Nəzarət Federal Xidmət İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, Çelyabinsk hüquq-mühafizə orqanları bir neçə həftə əvvəl heroinin satış kanalını müəyyən edərək bir neçə alıcını saxlayıb. Müəyyən olunub ki, onlar narkotik vasitəni tərəvəz bazarlarının birində 28 yaşlı Azərbaycan vətəndaşından alıb.
Şübhəli şəxsin saxlandığı zaman onun bahalı avtomobilinin qapısından kiçik partiyalara bölünmüş 100 qramdan artıq heroin aşkarlanaraq götürülüb.
Şübhəli şəxs təcridxanaya yerləşdirilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Son xəbərlər
11:43
Ufada vurulmuş PUA-nın qalıqları sənaye zonasına düşüb
Region11:37
Neapolda zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr11:32
Hüseyn Rzazadə Bakıda təşkil olunan dünya çempionatında təsəlliverici görüşdə qalib gəlib
Fərdi11:25
Litvanın Kiyevdəki səfirliyinə zərbə endirilməsi ilə əlaqədar Rusiya nümayəndəsi XİN-ə çağırılacaq
Digər ölkələr11:24
Turan Quliyev Bakıda təşkil olunan dünya çempionatındakı ilk görüşündə məğlub olub
Fərdi11:20
PSJ "Ayaks"ın vingeri Mika Qodtsla danışıqlara başlayıb
Futbol11:17
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq
Ədəbiyyat11:17
Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb
Digər ölkələr11:14