​Rusiyada "Range Rover" oğurlayan azərbaycanlı saxlanılıb

Hadisə
  • 30 mart, 2016
  • 01:41
​Rusiyada Range Rover oğurlayan azərbaycanlı saxlanılıb

Bakı. 30 mart. REPORT.AZ/ Rusiyada "Range Rover" markalı avtomobili oğurlamaqda şübhəli bilinən 24 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" "Fontanka" nəşrinə istinadən xəbər verir ki, avtomobil martın 24-də oğurlanıb.

Bir müddət sonra maşın Sankt-Peterburqun Bronevaya küçəsində, ev 6-da yerləşən texniki xidmət stansiyası ərazisində aşkar olunub. Polisi hadisə yerinə ərazidə atışmanın olduğu barədə xəbər verən yerli sakinlər çağırıblar. Hadisə yerinə gələn Frunzen rayonu 12-ci polis bölməsinin əməkdaşları şübhəli şəxsləri saxlaya biliblər.

Üç nəfər - 24 yaşlı azərbaycanlı, 27 yaşlı Podporojye sakini və Krasnoe Selodan 24 yaşlı peterburqlu qadın "Nissan Teana" markalı avtomobil ilə hadisə yerindən qaçmağa çalışıblar, lakin buna müyəssər ola bilməyiblər.