Ramil Usubov özünə yeni müşavir təyin edib

Hadisə
  • 23 fevral, 2017
  • 13:26
Ramil Usubov özünə yeni müşavir təyin edib

Bakı. 23 fevral. REPORT.AZ/ Bir müddət əvvəl xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyev daxili işlər naziri Ramil Usubovun müşaviri təyin edilib.

Bunu "Report"un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidovun sözlərinə görə, polis general-mayoru Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq o, yeni vəzifəyə təyin olunub.

İdarə rəisi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polis general-mayoru Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "O, təqaüdə göndərilməyib, rəis müavinidir və fəaliyyətini davam etdirir".