Qusarda xəstəxananın mühafizəçisi döyülüb
Hadisə
- 08 iyun, 2024
- 17:40
Qusarda xəstəxananın mühafizəçisi döyülüb.
"Report"un Şimal bürosunun məlumatına görə, Qusar rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi, 1991-ci il təvəllüdlü Ruslan Kübərov iş vaxtı naməlum şəxslərin hücumuna məruz qalıb.
Yerli sakinlərin sözlərinə görə, R.Kübərov özünə məxsus kafedə müştərilərlə mübahisə edib. Mübahisə sonra xəstəxanada davam edib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Kübərov Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Anjela Zalova "Report"un yerli bürosunun sorğusuna açıqlamasında faktı təsdiqləyib, yaralının xəstəxana şəraitində müalicə aldığını bildirib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Son xəbərlər
19:46
Bakıda 100-dən çox küçə və prospektdə genişmiqyaslı yol təmiri aparılır
İnfrastruktur19:44
Sülh Şurası Netanyahunu Qəzzaya zərbələri dayandırmağa çağırıb
Digər ölkələr19:36
Həsrət Cəfərov Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
Fərdi19:18
Hakan Fidan britaniyalı həmkarı ilə Qəzza və Ukraynadakı vəziyyəti müzakirə edib
Region19:15
Rusiya klubu Ramil Şeydayevi transfer etdiyini açıqlayıb
Futbol19:08
Foto
Zakir Həsənov hərbi attaşelərlə görüş keçirib
Hərbi19:04
Erhan Toker: "Azərbaycanı Avropa çempionatında çox yaxşı təmsil etdik"
Komanda18:57
"Turan Tovuz" Türkiyənin "Gənclərbirliyi" komandasını böyük hesabla məğlub edib
Futbol18:57