Qubada yol qəzası onlarla abonentin qazsız qalmasına səbəb olub
Hadisə
- 23 may, 2021
- 06:20
Qubada yük avtomobili təbii qaz xəttini qırıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Birinci Nügədi kəndində qeydə alınıb.
Belə ki, "KamAZ" markalı yük avtomobili diametri 57 millimetr olan təbii qaz xəttinin üzərindəki keçidi qırıb. Nəticədə təqribən 80 abonent qazsız qalıb.
Hazırda Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları xəttin bərpası istiqamətində iş aparır. İdarədən verilən məlumata görə, hadisə aktlaşdırılıb, dəymiş ziyan hesablanacaq.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:14
WSJ: ABŞ Çindən İrana gedən gəmini ələ keçirib
Digər ölkələr04:41
Tramp: Rusiya - Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var
Digər ölkələr04:08
Almaniyada aeroportda sərnişindən 11 000-dən çox almaz müsadirə edilib
Digər ölkələr03:52
Tramp FES rəhbəri vəzifəsinə iki əsas namizədin adını açıqlayıb
Digər ölkələr03:21
"Liverpul" Salahı heyətinə qaytarıb
Futbol02:38
ABŞ Karib regionuna daha bir qrup qırıcı təyyarə göndərir
Digər ölkələr02:18
Britaniya və Belçikanın baş nazirləri hazırkı dövrü Ukrayna üçün dönüş nöqtəsi elan ediblər
Digər ölkələr01:45
Suriyada toyda qumbaraların partladılması nəticəsində onlarla insan yaralanıb
Digər ölkələr01:25