Qubada iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanılıb
Hadisə
- 19 mart, 2026
- 10:48
Qubada iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə "Report"a Quba rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Son xəbərlər
11:50
Professor: "IT SkillSprint" məzunları rəqəmsal transformasiyaya ciddi töhfə verəcək
İKT11:47
Foto
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin irsi anılıb
İncəsənət11:47
Yeni tədris ili üçün peşə təhsili müəssisələrinə işə qəbul müsabiqəsi elan edilib
Elm və təhsil11:47
Naxçıvanda altı ayda istehlakçılara 986 min manatdan çox ƏDV geri qaytarılıb
Maliyyə11:41
100 000 manatadək LOMBARD KREDİTİ
Maliyyə11:40
Foto
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Xarici siyasət11:39
Evren Alkaya: "Azərbaycanda qadın basketbolunun daha yüksək səviyyəyə yüksələcəyinə inanıram"
Komanda11:36
UKMTO: Omanın Xəsəb şəhəri yaxınlığında tanker naməlum mərmi ilə vurulub
Digər ölkələr11:33