Qubada karantin postunda saxlanılan avtomobildə nərə balıqları aşkarlandı
Hadisə
- 24 yanvar, 2021
- 12:16
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində qurulmuş postda Xaçmaz rayonu Xudat şəhər sakini Telman Vəliyevin idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba rayonu üzrə regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşları sürücünün sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman oradan T.Vəliyevə məxsus qanunla ovlanması qadağan edilmiş ümumi çəkisi 20 kiloqrama yaxın beş ədəd nərə balığı aşkar edilib.
T.Vəliyev qanunvericiliyə uyğun olaraq saxlanılaraq şöbəyə gətirilib.
Faktla əlaqədar Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Son xəbərlər
06:19
FTB: Kirkin qətli ilə bağlı məhkəmə prosesi illərlə uzana bilər
Digər ölkələr05:46
Al Ghad: Qəddafinin oğlunun öldürülməsi Liviyaya qarşı cinayətdir
Digər ölkələr05:05
"SpaceX" nasazlıq səbəbindən "Falcon 9"un uçuşlarını dayandırıb
Digər ölkələr04:43
ABŞ-də qismən şatdauna son qoyulub
Digər ölkələr04:20
Ağ Ev: Delsi Rodrigesin ABŞ-yə səfəri müzakirə olunur
Digər ölkələr03:39
İlon Mask "X"in Parisdəki ofisində aparılan axtarışı siyasi hücum adlandırıb
Digər ölkələr03:14
"Tasnim": İranın PUA-sı əlaqə kəsilməzdən əvvəl bütün məlumatlarını ötürüb
Digər ölkələr02:43
Video
Qərbi Azərbaycan Xronikası: Beşbarmaq Gorus rayonu ərazisində qışlaq adıdır
Daxili siyasət02:17