Qubada dağlıq ərazidə yanğın baş verib
Hadisə
- 19 avqust, 2021
- 20:09
Qubanın dağlıq kəndində yanğın qeydə alınıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Rustov İnzibati Ərazi Dairəsinin Yektar yaşayış məntəqəsi ərazisində qeydə alınıb.
Yanğın zamanı bələdiyyəyə məxsus 1 hektar kolluq ərazi yanıb.
Hadisə yerinə Quba Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, yanğının söndürülməsi işləri aparılır. Yanğının meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, Yektar yaşayış məntəqəsi Rustov kəndinin ən ucqar yaşayış məntəqəsidir, rayon mərkəzindən 21 kilometr məsafədə, Şahdağ Milli Parkı ilə sərhəd ərazidə yerləşir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:45
Tramp İranın genişmiqyaslı yoxlamalara razı olacağını bildirib
Digər ölkələr23:28
Vuçiç: Pezeşkiana bildirdim ki, Serbiya cəsur siyasi qərarları alqışlayır
Region23:09
Lionel Messi Argentina - Avstriya matçının ən yaxşı oyunçusu olub
Futbol23:07
Polşa Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək
Region23:04
Foto
DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazanıb - YENİLƏNİB-5
Futbol22:52
Foto
Azərbaycan taekvondoçuları Qazaxıstanda beynəlxalq çempionatda 3 medal qazanıblar
Fərdi22:43
Musiqi prodüseri Klayv Devis vəfat edib
Şou-biznes22:24
Vens ABŞ və İran arasında texniki danışıqların davam etdiyini bildirib
Digər ölkələr22:21