Quba sakini həmyerlisinin avtomobilini qaçırıb
Hadisə
- 08 avqust, 2020
- 06:02
Quba rayon sakininin avtomobilini qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Quba rayon sakini Sərxan Məmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.
Polis əməkdaşları tərəfindən “isti izlərlə” və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzində qaçırdığı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. F.Şıxalıyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır.
Quba sakini həmyerlisinin avtomobilini qaçırıb
Son xəbərlər
10:08
Gəncədə qadın evdə ölü uşaq doğub
Hadisə10:08
"Bank of Baku"nun səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə10:04
"Milan" Rafael Leaonun müqavilə müddətinin uzadılmasında ciddi problemlə üzləşib
Futbol10:04
İsrail hava hücumundan müdafiə sistemləri iki PUA-nı ələ keçirib
Digər ölkələr10:03
İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib
Region10:00
İsrail ordusu İranın paytaxtına genişmiqyaslı hücumlar həyata keçirir
Digər ölkələr10:00
Bu qırmızı dayanmaq üçün deyil, cəmi 4 günlük fürsəti tutmaq üçündür, yəni "Baku Electronics"də "Diqqət Qırmızıdadır"!
Biznes09:37
Marko Tonequtti: "Avropanın Azərbaycandan əlavə qaz həcmlərinə ehtiyacı var"
Energetika09:36