Sabunçuda 67 yaşlı qadını öldürməkdə şübhəli bilinən oğlu tutulub
Hadisə
- 26 yanvar, 2026
- 10:04
Bakının Sabunçu rayonunda 1959-cu il təvəllüdlü Həyat Ağayevanı öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə "Report"a Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən E. Ağayev mərhumun oğludur.
Son xəbərlər
02:22
Tramp ABŞ-nin silahının mümkün tükənməsindən narahat deyil
Digər ölkələr02:15
Macarıstanın gələcək Baş naziri kürəkənini ədliyyə naziri etmək istəyir
Digər ölkələr01:39
"CNN": İran ABŞ-nin Yaxın Şərqdəki bəzi hərbi obyektlərini sıradan çıxarıb
Region01:18
Makron III Çarlzın fransız dili ilə bağlı zarafatına cavab verib
Digər ölkələr00:55
Balakəndə ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib
Hadisə00:20
Tramp İranla bağlı seçimlərini açıqlayıb: Əbədi yox etmək və ya razılaşmaq
Digər ölkələr00:09
Zahid Oruc: Avroparlamentdə Nürnberqdə mühakimə olunanlara da bəraət tələb edərdilər
Daxili siyasət23:50
Çin BMT-nin Livandakı missiyasının dayandırılmasına qarşıdır
Digər ölkələr23:34