Qəbələdə zəlzələ olub

Hadisə
  • 13 aprel, 2015
  • 04:53
Qəbələdə zəlzələ olub

Bakı. 13 aprel. REPORT.AZ/ Dünən Qəbələdə zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Təkanlar ilkin məlumatlara əsasən, aprelin 12-də yerli vaxtla saat 14:57-də Qəbələ rayonun ərazisində, Qəbələdən 26 km şimali-şərqdə qeydə alınıb. Maqnitudası 3,7, dərinliyi 39 km olan zəlzələ hiss edilməyib.