Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Hadisə
- 11 may, 2021
- 08:12
Qəbələdə karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Soyuq bulaq” restoranının gecə saat 1 radələrində sanitar–epidemioloji normaları pozaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən restoranın sahibi Cavid Vahabovla profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onun diqqətinə çatdırılıb.
C.Vahabov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb edilib.
Son xəbərlər
21:37
Sumqayıtda 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada ölüb
Hadisə21:24
Ağstafaya iri həcmli dolu düşüb
Ekologiya21:22
DÇ-2026: Niderland - İsveç oyununda ikinci qol vurulub - YENİLƏNİB - 2
Futbol21:20
Zelenski "Ağ qartal" ordeninin Polşaya qaytarıldığını bildirib
Digər ölkələr20:56
CNN: Tramp iqtisadi və siyasi risklərə görə İranla münaqişəni tez başa çatdırmağa çalışırdı
Digər ölkələr20:45
Foto
Ərdoğan Nikuşor Dan ilə regional məsələləri müzakirə edib
Region20:37
"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib
Futbol20:36
Rusiya Zaporojyeyə hücum edib, ölən və yaralananlar var
Digər ölkələr20:17