Qazaxda gənc oğlanı bıçaqlayan şəxs saxlanılıb
- 03 sentyabr, 2021
- 14:15

Qazaxda həmyerlisinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinin sorğusuna əsasən verilən məlumata görə, Qazax rayon sakini, 2004-cü il təvəllüdlü Nicat Nəsibovu bıçaqlamaqda şübhəli bilinən, 2005-ci il təvəllüdlü həmyerlisi Əlövsət Musayev saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
16:39
Qazax rayon sakini qolundan bıçaq xəsarəti alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Ağköynək kənd sakini, 2004-cü il təvəllüdlü Nicat Nəsibov qolundan bıçaqlanıb.
O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
N.Nəsibovun kim tərəfindən və hansı səbəblərdən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.