Qaz partlayışı nəticəsində yaralananlardan birinin vəziyyəti ağırdır
Hadisə
- 22 fevral, 2021
- 07:44
İmişli rayonunda evdə qaz partlayışı nəticəsində yaralanan şəxslərdən birinin vəziyyəti ağırdır.
Bu barədə “Report”a Milli Məclisin deputatı Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev məlumat verib.
O qeyd edib ki, hadisə nəticəsində yaralanan Mahir Atakişiyev, Ofeliya Atakişiyeva və Səfər Atakişiyev Bakıya - 5 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Hazırda onlar xəstəxananın Yanıq Şöbəsində müalicə olunurlar, yaralılardan S.Atakişiyevin vəziyyəti isə ağırdır.
Qeyd edək ki, hadisə fevralın 17-də İmişlinin Sarxanlı kəndində fərdi yaşayış evində qeydə alınıb. Qaz sızması nəticəsində baş verən partlayış nəticəsində M.Atakişiyev, O.Atakişiyeva və S.Atakişiyev yaralanıb.
Xatırladaq ki, həmin şəxslərin hər üçü birinci qrup əlildir.
Son xəbərlər
05:09
Xəzər dənizində zəlzələ baş verib
Hadisə04:54
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Digər ölkələr04:17
Video
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr03:35
İran beş ərəb ölkəsindən müharibədə "ABŞ ilə əlbir olduqları üçün" təzminat tələb edib
Digər ölkələr03:11
Vens: ABŞ İrandakı məqsədlərinə çatıb
Digər ölkələr02:35
Aİ Macarıstanın yeni liderinə 35 milyard avroya çıxış üçün onlarla şərt irəli sürüb
Digər ölkələr02:08
Şimali Kipr XİN: BMT-nin sülhməramlı qüvvələri bitərəflik prinsipindən uzaqlaşıb
Digər ölkələr01:41
Rusiya XİN: Əraqçi İran-ABŞ danışıqlarının təfərrüatları barədə Lavrovu məlumatlandırıb
Region01:17