Qaxda karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4 min manat cərimələnib
Hadisə
- 05 avqust, 2021
- 07:25

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Bəyaz Saray” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, yoxlama zamanı toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq olduğu, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Əfqan Nəzirov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 4000 manat cərimələnib.

Son xəbərlər
06:58
Yutubun işində fasilə yaranıb
İKT06:38
KİV: Türkiyə girovların meyitlərinin qaytarılması üçün Qəzzaya ekspertlər göndərəcək
Digər ölkələr06:29
Ermənistan məhkəməsi Samvel Karapetyanın həbs müddətini uzadıb
Region05:46
Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə olub
Region05:18
Tramp: MKİ-nin Venesuelada gizli əməliyyatlar keçirməsinə icazə vermişəm - YENİLƏNİB
Digər ölkələr05:02
"Bloomberg": BVF rəhbəri Ukraynaya səfər edəcək
Digər ölkələr04:50
"Sərhədsiz Həkimlər" Haitinin paytaxtında təcili yardım mərkəzini bağlayıb
Digər ölkələr04:29
Tramp: Hindistan Rusiya neftini almağı dayandırmaq niyyətindədir
Digər ölkələr04:08