Şamaxıda qarşısına it çıxan avtomobil qəza törədib, sərnişin ölüb
Hadisə
- 20 iyul, 2015
- 07:42
Bakı. 20 iyul. REPORT.AZ/ Şamaxıda avtomobil yoldan çıxaraq dəmir məhəccərə çırpılıb. "Report" xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Şamaxı şəhəri ərazisində baş verən hadisə nəticəsində bir nəfər ölüb.
Belə ki, "VAZ 21014" markalı minik avtomobili hərəkətdə olarkən qarşısına it çıxıb və sürücü idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı dəmir məhəccərə çırpılıb. Qəza nəticəsində avtomobilin arxa qapısı açılıb və sərnişin, Oğuz rayon sakini 26 yaşlı Şahmar Sadəddinov yolun hərəkət hissəsinə düşərək hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
02:39
Batman qəbiristanlığında AK Partinin üzvü güllələnib
Region02:10
Venesuelada hava limanına ildırım düşüb, doqquz nəfər xəsarət alıb
Digər ölkələr01:40
Arda Güler "Real Madrid"dən ayrıla bilər
Futbol01:11
CHP-nin son toplantısı ilə bağlı istintaq başladılıb
Region00:42
Bəqai: İranla ABŞ arasında mesaj mübadiləsi aparılır
Region00:09
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
Region00:01
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
Region23:45
Azərbaycan güləşçilərinin ilk rəqibləri müəyyənləşib
Fərdi23:43