Prokurorluq: "Qubadlıda mina partlaması ilə bağlı araşdırma aparılır"
Hadisə
- 30 avqust, 2022
- 07:57
Qubadlı Rayon Prokurorluğunda mina partlaması ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə rayon prokurorluğundan məlumat verilib
Bildirilib ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
15:46
"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 38 %-ə yaxın azalıb
Maliyyə15:46
Sibiqa: Zelenski ilə Madyarın mümkün görüşü barədə Macarıstana müraciət edilib
Digər ölkələr15:36
MDM-in sədri: "Yeni maliyyə alətləri üçün çevik infrastruktur qururuq" - MÜSAHİBƏ
Maliyyə15:32
"Mançester Yunayted" Kobbi Meynunun müqaviləsini uzatmağa yaxındır
Futbol15:30
Şəxs adları Komissiyasının ilk iclasında yeni adların yaradılması prinsipləri müzakirə edilib
Daxili siyasət15:28
Bu gündən rezidenturaya ərizə qəbulu başlayıb
Elm və təhsil15:22
Hüseyn Məmmədov: "Çempionlar Liqası bizim üçün böyük təcrübə oldu"
Komanda15:19
Azərbaycanda orta aylıq əməkhaqqı 5 %-dən çox artıb
Maliyyə15:14