İmişlidə bibisi oğlunu öldürən şəxsə cinayət işi açılıb
Hadisə
- 18 sentyabr, 2021
- 07:20
Sentyabrın 18-də rayonun Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İmişli Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin dayısı oğlu Azad Mürsəlovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi evin həyətyanı sahəsində qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Azad Mürsəlov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Son xəbərlər
08:50
Vaşinqtonda dəniz təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr08:39
İran XİN ABŞ-nin təzminat məsələsinə aydınlıq gətirib
Region08:32
Mask: Sİ beş ildən sonra bütün bəşəriyyətin intellektini üstələyəcək
Digər ölkələr08:22
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:18
Şamaxı rayonunda zəlzələ olub
Hadisə07:56
Tatarıstanda ağır qəza: Altı nəfər həyatını itirib
Region07:40
Abbas Əraqçi Qırğızıstanda səfərdədir
Region07:25
Foto
Xocalı sakini: 17 yaşında çıxmışdım, 52 yaşında qayıdıram
Daxili siyasət07:07
Foto