Polislər Xocavənddə minalar aşkar ediblər
Hadisə
- 11 fevral, 2021
- 08:09
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən minaların aşkar edilməsi istiqamətində uğurlu tədbir həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində olan zaman orada düşmən tərəfindən qoyulmuş xeyli sayda mina aşkar ediblər.
Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 33 ədəd mina müəyyən edilib və müvafiq tədbirlərlə həmin minaların təhlükəsiz şəkildə partladılması təmin olunub.
Son xəbərlər
01:41
Rusiya XİN: Əraqçi İran-BŞ danışıqlarının təfərrüatları barədə Lavrovu məlumatlandırıb
Region01:17
Vladiqafqazdakı pirotexnika anbarında baş verən partlayışda ölənlərin sayı üçə çatıb
Region00:44
KİV: İran ABŞ-nin limanları blokadaya almasına hazırlıqlı olub
Region00:20
Sloveniya NATO-dan çıxmaqla bağlı referendum keçirməyi planlaşdırır
Digər ölkələr23:59
BVF: Hörmüz boğazı açılandan sonra qlobal tədarükün əvvəlki səviyyələrə qayıtması vaxt aparacaq
Digər ölkələr23:45
Fyodorov: Belçika və İspaniya Ukraynaya 2 milyard avro müdafiə yardımı ayıracaq
Digər ölkələr23:25
Şahbaz Şərif Mark Karnini Pakistana dəvət edib
Digər ölkələr23:10
Zaqatalada avtomobilin vurduğu piyada ölüb
Hadisə22:49