Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Hadisə
  • 05 mart, 2021
  • 09:56
Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyatı qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Növbəti belə tədbir zamanı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 1 ədəd tüfəng, 6 müxtəlif növ qumbara, 13 qumbaraatan və minaatan mərmiləri, 5500 ədəd 7,62 çaplı patron, pulemyot və avtomat silahlar üçün güllə ilə dolu 13 sandıq və digər döyüş sursatları aşkar edilərək götürülüb.