Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilərək saxlanılıb
Hadisə
- 10 oktyabr, 2025
- 15:34
Bakıda polisə kəsici alətlə müqavimət göstərən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.
Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, R.Məmmədov müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.
Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Son xəbərlər
17:36
ING: Azərbaycan iqtisadiyyatı 2026–2028-ci illərdə orta hesabla 2,4 % artacaq
Maliyyə17:33
Manuel Noyer Almaniya millisindəki karyerasını başa vurduğunu təsdiqləyib
Futbol17:25
Foto
TDT çərçivəsində dövlət-din münasibətlərinin təkmilləşdirilməsi müzakirə olunub
Din17:23
Foto
Video
Bakı Hərbi Kolleci və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimi keçirilib
Hərbi17:19
"Sabah" İqor Noqeyra ilə yollarını ayırıb
Futbol17:19
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
Turizm17:17
Xameneinin dəfn mərasimini 67 min hərbçi və könüllü müşaiyət edəcək
Region17:14
Foto
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
Daxili siyasət17:12