Oğuzdakı yol qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB
- 25 avqust, 2023
- 16:55
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub.
Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
17:23
Oğuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Sincan kəndində qeydə alınıb.
"VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Tofiq Allahverdi oğlu Hüseynov hadisə yerində ölüb.
Qəza zamanı daha 3 nəfər isə xəsarət alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.