Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb
Hadisə
- 07 dekabr, 2020
- 07:07
Oğuzda COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, koronavirus testinin nəticəsi pozitiv olan rayonun Bucaq kənd sakini Elnur Məmmədrəfiyev ev şəraitində müalicə alsa da qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən o, kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və yaşadığı evə qaytarılıb.
Həmin şəxsin barəsində Oğuz RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.
Son xəbərlər
01:07
Qətərdə fabrikdə partlayış baş verib
Digər ölkələr01:01
Foto
DÇ-2026: Belçika - İran oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3
Futbol00:43
Əl Şaraa Livanın xilası üçün "Hizbullah" ilə danışıqlara hazırdır
Digər ölkələr00:28
Yorqos Donis: "İspaniyanı dayandıracaq qədər güclü deyildik"
Futbol00:21
Luis de la Fuente: "Qazandığımız qələbə qarşıdakı matçlara inamla hazırlaşmağa imkan verir"
Futbol00:11
Makron: Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib
Digər ölkələr23:46
Starmer iyunun 22-də vəzifədən gedəcəyi tarixi açıqlayacaq
Digər ölkələr23:22
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
Region22:57