Oğuzda avtomobil qəzasında ölən və xəsarət alan qadınların kimliyi məlum olub - YENİLƏNİB
- 07 sentyabr, 2025
- 00:32

Oğuzda avtomobil qəzasında ölən və xəsarət alan qadınların kimliyi məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ağır xəsarət alan sərnişin, 1994-cü il təvəllüdlü Arifə Səlimova hadisə yerində ölüb.
Hadisə zamanı habelə 1992-ci il təvəllüdlü Aygün Quliyeva isə xəsarət alıb. Yaralı A.Quliyeva Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qadın sürücünün (şəxsiyyəti dəqiqləşdirilir – red) idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Avtomobilin qəzaya uğramasına səbəb nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvan çıxması olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oğuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qadın sürücünün (şəxsiyyəti dəqiqləşdirilir – red) idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan qadınlardan biri ölüb, digəri isə (hər ikisinin şəxsiyyəti müəyyənləşdirilir - red) xəsarət alıb.
Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, avtomobilin qəzaya uğramasına səbəb nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvan çıxması olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.