Oğuzda dağlıq ərazidə yanğın başlayıb
Hadisə
- 20 avqust, 2021
- 16:21
Oğuzda dağlıq ərazidə yanğın başlayıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb.
Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yerli sakinlərin sözlərinə görə, yanğının baş verdiyi ərazi Nazar çayının sağ sahilidir.
Əlavə məlumat veriləcək
Son xəbərlər
08:01
Kolumbiya DÇ-2026-ya Özbəkistan üzərində qələbə ilə başlayıb - YENİLƏNİB-6
Futbol07:38
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 113 milyard dolları ötüb
Digər ölkələr07:10
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
Digər ölkələr06:49
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
Futbol06:45
Tramp ABŞ kəşfiyyat xidmətlərinin qapalı brifinqində iştirak edəcək
Digər ölkələr06:33
Tomas Kristiansen: "Hamıya göstərmək istəyirik ki, Panamanı məğlub etmək asan deyil"
Futbol06:14
Los-Ancelesdə böyük yanğın baş verib, sakinlərə xəbərdarlıq edilib
Digər ölkələr05:52
DÇ-2026: "Mançester Siti"li futbolçu Qana - Panama matçının ən yaxşısı olub
Futbol05:52