Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Hadisə
- 30 may, 2026
- 09:36
Oğuz rayonunda avtomobil ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.
"Report"un şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü A. Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Son xəbərlər
12:57
Bilgəhdə 25 yaşlı gənc dənizdə batıb
Hadisə12:40
AMB investisiya şirkətlərində müştəri hüquqlarının qorunmasına dair yeni tələblər müəyyənləşdirib
Maliyyə12:39
Foto
İsmayıllıda zəncirvari avtoqəza baş verib, xəsarət alanlar var
Hadisə12:30
Elgün Kərimli Bakıda təşkil olunan dünya çempionatındakı ilk görüşündə uduzub
Fərdi12:23
Video
Dunkan Norman Azərbaycan xalqını təbrik edib
Mədəniyyət siyasəti12:23
Bazar gününə olan hava proqnozu açıqlanıb
Ekologiya12:19
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilməyib
Futbol12:17
Azərbaycanın sığorta sektorunda müştəri hüquqlarının qorunması gücləndirilir
Maliyyə12:13