​Novxanı çimərliyində 30 yaşlı şəxs batıb

Hadisə
  • 06 avqust, 2015
  • 17:31
​Novxanı çimərliyində 30 yaşlı şəxs batıb

Bakı. 06 Avqust. REPORT.AZ/ Bu gün axşam saatlarında Xəzər dənizində daha bir şəxs batıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata görə, 1985-ci il təvəllüdlü Mikayılov Bəhruz Fərhad oğlu Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə çimərkən batıb. B.Mikayılovun cəsədi “Novxanı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.