Bakıda avtomobil ər-arvadı vurdu, vəziyyətləri ağırdır
Hadisə
- 20 fevral, 2021
- 22:42
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Yolu keçən 1963-cü il təvəllüdlü İmanov Əbülfət Əhməd oğlu və həyat yoldaşı, 1965-ci il təvəllüdlü İmanova Aybəniz Cəmil qızını avtomobil vurub.
Yaralılar təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Müayinə zamanı Ə.İmanova sol incik sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları, A.İmanovaya isə qapalı kəllə-beyin travması, alnın cırılmış yaraları, sol oturaq qaşıq sümüyünün sınığı diaqnozları qoyulub.
Hər iki yaralı həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
Son xəbərlər
05:09
Xəzər dənizində zəlzələ baş verib
Hadisə04:54
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Digər ölkələr04:17
Video
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr03:35
İran beş ərəb ölkəsindən müharibədə "ABŞ ilə əlbir olduqları üçün" təzminat tələb edib
Digər ölkələr03:11
Vens: ABŞ İrandakı məqsədlərinə çatıb
Digər ölkələr02:35
Aİ Macarıstanın yeni liderinə 35 milyard avroya çıxış üçün onlarla şərt irəli sürüb
Digər ölkələr02:08
Şimali Kipr XİN: BMT-nin sülhməramlı qüvvələri bitərəflik prinsipindən uzaqlaşıb
Digər ölkələr01:41
Rusiya XİN: Əraqçi İran-ABŞ danışıqlarının təfərrüatları barədə Lavrovu məlumatlandırıb
Region01:17