İranla sərhəddə narkotik vasitələr aşkarlanıb
Hadisə
- 26 avqust, 2016
- 11:35
Bakı. 26 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı həmin şəxsin mədəsindən 23 ədəd bükümdə xalis çəkisi 81,876 qram olan narkotik vasitə - heroin, 3 ədəd bükümdə isə xalis çəkisi 5,019 qram olan metamfetamin adlı psixotrop maddə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:14
KXDR-də yeni esminesin silah sınaqları keçirilib
Digər ölkələr06:50
Bu gün mindən çox şəxs dövlət qulluğuna imtahan verəcək
Elm və təhsil06:25
İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb
Region06:12
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Elm və təhsil05:59
Cey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Digər ölkələr05:32
NATO təyyarəsi Rumıniya-Ukrayna sərhədində uçuş həyata keçirib
Digər ölkələr05:05
Netanyahu azadlığın müdafiəsində ABŞ və İsrailin birliyini bəyan edib
Digər ölkələr04:37
Əraqçi: İranın Livanla bağlı mövqeyi dəyişməyəcək
Region04:13