Nardaranda avtomobildən 6 “molotov kokteyli” aşkarlanıb
Hadisə
- 28 yanvar, 2016
- 06:59
Bakı. 28 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçirib. “Report” xəbər verir ki, əməliyyat zamanı Bakı şəhər sakini, 30 yaşlı Elgün Hüseynov Kürdaxanı qəsəbəsi, yeni yaşayış massivində saxlanılıb.
Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb. E.Hüseynova məxsus “VAZ- 21014” markalı avtomobil Nardaran qəsəbəsi Ş.Tuti küçəsi 71-də aşkarlanıb.
Avtomobilə baxış zamanı 6 ədəd kustar üsulla hazırlanmış “molotov kokteyli” aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:33
Azərbaycan pambıq lifi ixracından gəlirini 26 %-dən çox artırıb
Biznes17:33
İngiltərə millisinin futbolçusu Cordan Henderson "Brentford"dan ayrılıb
Futbol17:28
Fransa departamentlərindən birində yanğınlar səbəbindən 4 mindən çox insan təxliyə edilib
Digər ölkələr17:22
Azərbaycanda I yarımildə avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 14 %-ə yüksəlib
Maliyyə17:19
Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
Region17:18
Foto
AFFA-nın baş katibi Cahangir Fərəcullayev çimərlik futbolu millisinin üzvləri ilə görüşüb
Futbol17:15
Foto
DMX miqrasiya idarəçiliyi və rəqəmsal yeniliklər barədə media nümayəndələrini məlumatlandırıb
Daxili siyasət17:11
Papikyan müdafiə naziri, Sarqsyan isə daxili işlər naziri təyin ediləcək
Region17:03