Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçilib
Hadisə
- 11 dekabr, 2025
- 09:19
Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Report"un məlumatına görə, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, N.Səfərovu dekabrın 9-u polis əməkdaşları saxlayıb.
O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.
İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.
N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Son xəbərlər
17:14
"Şəfa" qvineyalı futbolçu Bafode Dansoko ilə müqavilə imzalayıb
Futbol17:14
"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb
İnfrastruktur17:01
İqtisadi Zonaların İnkişafı Agentliyi SDU ilə əməkdaşlıq etmək istəyir
Sənaye17:00
Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
Hadisə16:58
Bolqarıstan parlamenti ABŞ təyyarələrinin Bezmer aviabazasında yerləşdirilməsinə razılıq verib
Digər ölkələr16:55
"Mançester Siti" futbolçusu Fil Fodenin müqaviləsinin müddətini uzadıb
Futbol16:51
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 65 %-ə yaxın artıb
Maliyyə16:41
EASA aviaşirkətlərə İordaniya üzərindən uçuşlardan çəkinməyi tövsiyə edir
Digər ölkələr16:40