Moskvada soyuq silah ticarəti ilə məşğul olan azərbaycanlı tutulub
Hadisə
- 02 mart, 2015
- 02:00
Bakı. 2 mart. REPORT.AZ/ Moskvanın Şimal-Şərq inzibati dairəsində, Menjinski küçəsində yerləşən mağazada ovçu bıçaqları satan 44 yaşlı azərbaycanlı tutulub.
“Report”un məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimal-Şərq inzibati dairəsi üzrə Cinayət Axtarış İdarəsinin əməkdaşı Aleksandr Qrişin məlumat verib.
“Biz yoxlama məqsədi ilə bu bıçaqlardan aldıq. Onların sertifikatı yox idi. Ekspertiza göstərdi ki, bu, soyuq silahdır, üstəlik də saxta Çin istehsalı olan bu məhsulların heç bir sənədi yoxdur”, - deyə o əlavə edib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsi üzrə cinayət işi qaldırılıb. İstintaq davam edir. Onun müştəri dairəsi müəyyənləşdirilir.
Son xəbərlər
14:54
"Tağıyev" kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
Mədəniyyət siyasəti14:47
Azərbaycanda pul bazası 13 %-ə yaxın artıb
Maliyyə14:46
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 23 % artıb
Maliyyə14:44
"İmişli" heyətini müdafiəçi Əkbər Eyubovla gücləndirib
Futbol14:38
Şmıqal: Ukraynaya qışa qədər qaz idxalı üçün daha 400 milyon avro lazımdır
Digər ölkələr14:28
Dünyanın ən zəngin insanının şirkəti: "SpaceX" "InvestAz"da!
Maliyyə14:27
Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq
Energetika14:23
İqnasio Kassis: Ceyhun Bayramovla yeni görüş Nyu-Yorkda keçiriləcək
Xarici siyasət14:10