Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olunub
Hadisə
- 16 yanvar, 2021
- 12:32
Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, şəhərin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları “Mercedes” markalı mikroavtobusu yoxlayan zaman sürücü, Mingəçevir şəhər sakini Ramin Həsənovun karantin qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd etdiyini aşkarlayıblar.
Həmin şəxs Polis Şöbəsinə gətirilib və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Həsənov 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Son xəbərlər
08:20
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:05
İrlandiyada keçmiş katolik sığınacağının ərazisində 99 körpənin qalıqları aşkarlanıb
Digər ölkələr08:00
Foto
Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-2
Hadisə07:45
Brent neftinin qiyməti son həftələrin maksimumunu yeniləyib
Energetika07:14
Tramp: ABŞ-ı yeni "şatdaun" gözləyir
Digər ölkələr06:50
ABŞ İrana qarşı 12-ci gecə hücumlarını başa çatdırıb - YENİLƏNİB
Region06:41
Venesuelada zəlzələ qurbanlarının sayı 5400-ə yaxınlaşıb
Digər ölkələr06:10
ABŞ İraq-İran sərhədindəki məntəqəni vurub, ölənlər və yaralılar var
Digər ölkələr05:48