Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı
Hadisə
- 14 yanvar, 2021
- 07:02
Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Anar Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.
A.Əliyev ictimai yerdə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə müalicə aldığı evə qaytarılıb.
Həmin şəxs barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Son xəbərlər
16:36
Felipe Luis "Monako"nun baş məşqçisi olub
Futbol16:30
Rey Kərimoğlu: Azərbaycanda ilk dəfə QHT mina insidentinin koordinatlarını müəyyən edəcək
Daxili siyasət16:27
XİN: Ukraynada SOCAR-a məxsus obyektlərə hücumların davam etməsi məqsədyönlü olmasına dəlalət edir
Xarici siyasət16:19
"Barselona" Mark Kasadonu 30 milyon avroya satmağa hazırdır
Futbol16:17
Azərbaycan Rusiyaya nota verib
Xarici siyasət16:13
Foto
Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib - YENİLƏNİB
İnfrastruktur16:11
Direktorların işə qəbulu müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılıb
Elm və təhsil16:08
Zərdabda evdən 5 min dollar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə16:00