"Qazaxlı Alik"in oğlu Fuad Muradov həbs edilib
Hadisə
- 04 oktyabr, 2023
- 14:05
Nərimanov rayon Məhkəməsi ötən gün saxlanılan "Qazaxlı Alik"in oğlu Fuad Muradov haqqında həbs qərarı elan edib.
"Report" xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qərar verilib.
Qərarla onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, F.Muradov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "Qazaxlı Alik" ləqəbi ilə tanınan Arif Muradov I Qarabağ müharibəsinin veteranıdır. Ehtiyatda olan polkovnikdir.
Son xəbərlər
18:30
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək
Digər ölkələr18:25
Bakıda güclü külək səbəbindən 5 nəfər təcili yardıma müraciət edib - YENİLƏNİB-3
Sağlamlıq18:24
Dünya çempionatı: Ömər Salmanov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB-2
Fərdi18:22
İraqın Baş naziri Türkiyəyə səfər edəcək
Region18:20
Rövşən Məmmədov: AzTV İranın informasiya hücumlarına cavab verməyə davam edəcək - VİDEO
Media18:17
Foto
Azərbaycanın Elit kateqoriyalı hakimləri fitness testini uğurla başa vurublar
Futbol18:16
Foto
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib
Hadisə18:14
Azərbaycanın Rusiya ixracı 3 % artıb, idxalı isə 42 % azalıb
Biznes17:58