Maştağada sahibi məlum olmayan ev yanıb

Hadisə
  • 30 yanvar, 2015
  • 05:30
Maştağada sahibi məlum olmayan ev yanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Sabunçu rayonunun Maştağa qəsəbəsində sahibi məlum olmayan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.