Masazırda insident yaradan "Gelandewagen" sürücüsü məsuliyyətə cəlb edilib
Hadisə
- 09 iyun, 2026
- 11:17
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində "Mercedes Gelandewagen" və "Kia" markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
Araşdırmalarla "Mercedes" markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.
Son xəbərlər
21:00
Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxıb
Region20:52
İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq
Region20:45
Adama Barrou: Qambiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf edib
Xarici siyasət20:42
Albaniyanın Baş naziri Edi Rama Azərbaycan Prezidentini təbrik edib
Xarici siyasət20:29
Müharibə başlayandan bəri BƏƏ və İran arasında ilk danışıqlar aparılıb
Digər ölkələr20:24
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
Fərdi20:23
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
Komanda20:17
Kallas: İranla müharibənin bərpası Yaxın Şərqə baha başa gələcək
Digər ölkələr20:10
Foto