Liviyada terror aktı baş verib, 2 ölü, 6 yaralı
Hadisə
- 11 iyun, 2016
- 02:46
Bakı. 11 iyun. REPORT.AZ/ Liviyada terror aktı baş verib. "Report"un məlumatına görə, bu haqda TASS agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin ən böyük şəhərlərindən olan Benqazinin Əs-Salmani rayonunda baş verib. Avtomobildə quraşdırılmış bombanın partlaması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hələlik hadisəyə görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.
Qeyd edək ki, Liviya ordusu artıq uzun müddətdir Benqazidə İŞİD və "Əl Qaidə" terrorçularına qarşı mübarizə aparır. Fevralda ölkənin ikinci ən böyük şəhərində terror qruplaşmalarına qarşı geniş miqyaslı əməliyyat keçirilib və xeyli sayda silahlı məhv edilib.
Son xəbərlər
16:36
Azərbaycan və Türkmənistan nəqliyyat-logistika sektorunda fəaliyyəti daha da əlaqələndirmək barədə razılığa gəlib
Xarici siyasət16:35
İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
Xarici siyasət16:35
Tahir Abdullayev: "Bakıdakı döyüşdə rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
Fərdi16:35
Müstəmləkəçilikdən doğan faciə: Fransa "Reyunyon uşaqları" qarşısında günahını "yumağa" çalışır - ŞƏRH
Analitika16:32
Foto
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət16:31
Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Hadisə16:30
Qazaxıstan Futbol Federasiyası millinin baş məşqçisi Talqat Baysufinovla yolları ayırıb
Futbol16:16
Məcnun Məmmədovun Lerikdəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib
ASK16:15