​Lerikdə zəlzələ olub

Hadisə
  • 13 mart, 2015
  • 16:55
​Lerikdə zəlzələ olub

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün axşam saatlarında Lerik rayonunda zəlzələ baş verib.

"Report"un AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 18:33-də olub.

Maqnitudası 3,1 və 17 km dərinlikdə qeydə alınan zəlzələ hiss olunmayıb.