Lerikdə torpaq sürüşməsi olub, evlərə ciddi təhlükə yaranıb - VİDEO
Hadisə
- 08 aprel, 2021
- 08:08
Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olan məlumata əsasən, Lerik rayonunun Veri Əliabad kəndində bəzi yerlərdə torpaq sürüşməsi baş verib.
Bu barədə “Report”a FHN-inMətbuat xidmətindən bildirilib.
Məlumata görə, nəticədə, kənddə yerləşən 3 ədəd fərdi yaşayış evinin istismarı üçün ciddi təhlükə yaranıb.
Bununla bağlı mütəxəssislərin verdiyi rəyə əsasən, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürüşmə zonasında yerləşən evlərdə yaşayan ailələrin təhlükəsiz əraziyə köçürülməsi zərurəti yaranıb.
Qeyd olunanları nəzərə alaraq, FHN-in Cənub Regional Mərkəzi tərəfindən həmin evlərdə yaşayan ailələrin müvəqqəti yaşaması üçün 3 ədəd çadır ev qurulub.
Lerikdə torpaq sürüşməsi olub, evlərə ciddi təhlükə yaranıb - VİDEO
Son xəbərlər
12:10
Sibiqa Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib
Xarici siyasət11:58
"Azərbaycan Evro-Kredit" BOKT bazara daxil olmaqdan imtina edib
Maliyyə11:49
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
Futbol11:45
Zelenski: Rusiyada "Başneft-Novoyl" və "Slavneft-YANOS" NEZ-lərinə zərbə endirilib
Digər ölkələr11:43
Foto
Video
Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb
İnfrastruktur11:41
Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb
Region11:41
Azərbaycan İnvestisiya Holdinqi auditor seçib
Maliyyə11:33
Paşinyan: 2031-ci ilə qədər 2 milyard dollarlıq qanunsuz əmlak dövlətə qaytarılacaq
Region11:25